DÇ-2018: Belçika bürünc mükafata yiyələndi
DÇ-2018-də mübarizə sona yaxınlaşır. SportLine.az xəbər verir ki, bu gün yarışda bürünc mükafatın sahibi müəyyənləşəcək.
3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə komandası üz-üzə gələcək.
Mundiala eyni qrupda başlayan komandaların ilk mübarizəsində Belçika seçməsi üstün olub. İngiltərə bu görüşdə qalib gəlməklə, həm revanş almaq, həm də Dünya çempionatını mükafatla bitirmək niyyətindədir.
Sankt-Peterburqda təşkil olunacaq duelin start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.
Görüşü İrandan Əlireza Fəqani idarə edəcək.
14 iyul 2018
DÇ-2018
3-cü yer uğrunda oyun
Belçika - İngiltərə - 2:0
QOLLAR: Tomas Münye, 4 (1:0); Eden Azar, 82 (2:0)
Hakimlər: Alireza Faqani, Reza Soxandan, Məhəmmədreza Mansuri (hamısı İran), Malanq Didyu, Cibril Kamara (hər ikisi Seneqal)
"Krestovski" Arenası, Sankt-Peterburq