DÇ-2018-də ilk qırmızı vərəqə

DÇ-2018-də ilk qırmızı vərəqə göstərilib. SportLine.az xəbər verir ki, hazırda davam edən Kolumbiya - Yaponiya görüşündə Cənubi Amerika təmsilçisinin heyətindən Karlos Sançez meydandan qovulub. Sloveniyadan olan baş hakim Damir Skomina matçın 3-cü dəqiqəsində boş qapıya gedən topu əli ilə çıxardığı üçün K.Sançezi oyundan kənarlaşdırıb.

Təyin olunan penaltini Şinci Kaqava dəqiq zərbə ilə qola çevirib.