DÇ-2018: Final matçını bu hakim idarə edəcək
DÇ-2018-in final oyununu idarə edəcək hakimlər müəyyənləşib. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, həlledici görüş Argentinadan olan Nestor Pitanaya həvalə olunub. Ona həmyerliləri Ernan Maydana və Xuan Belatti kömək edəcək. Hollandiyadan Byörn Kuypers isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, iyulun 15-də keçiriləcək final oyununda Fransa və Xorvatiya seçmələri üz-üzə gələcək.