DÇ-2018: Fransa - Belçika görüşünün hakimləri açıqlandı
DÇ-2018-in yarımfinal mərhələsi çərçivəsində keçiriləcək Fransa - Belçika görüşünü idarə edəcək hakimlər müəyyənləşib. SportLine.az xəbər verir ki, qarşılaşma Uruqvaydan olan Andres Kunyaya həvalə olunub. Ona həmyerliləri Nikolas Taran və Maurisio Espinoza kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını meksikalı Sezar Ramos yerinə yetirəcək.
Qeyd edək ki, 10 iyul tarixində keçiriləcək Fransa – Belçika oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.