İspaniya 1 qolla 3 xal qazandı

DÇ-2018-də 2-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə "B" qrupunda da tura yekun vurulacaq.

İlk oyunlardan sonra qrupa liderlik edən İran seçməsi İspaniya ilə üz-üzə gələcək. Portuqaliya ilə görüşdə 1 xalla kifayətlənən Pireney təmsilçisi bu dəfə azarkeşlərini sevindirmək niyyətindədir. Asiyalılar isə növbəti qələbə ilə 1/8 finala vəsiqəni təmin edəcəklər. 

Kazanda təşkil olunacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.

Matçı Uruqvaydan Andres Kunya idarə edəcək.


20 iyun 2018
DÇ-2018
"B" qrupu, 2-ci tur

İran - İspaniya - 0:1
QOL:
Diyeqo Kosta, 54 (0:1)

CƏZALANDIRMALAR:
SARI VƏRƏQƏ | Vahid Əmiri,
79 (İran)
SARI VƏRƏQƏ | Omid Ebrahimi, 90+2 (İran)

ƏVƏZETMƏLƏR:
Ehsan Hacı Safi (zədə)Milad Məhəmmədi,
69 (İran)
Andres İnyesta Koke, 71 (İspaniya)
Kərim Ənsərifərd Əlireza Cahanbaxş, 74 (İran)
Lukas Vaskez Marko Asensio, 79 (İspaniya)
Vahid Əmiri Saman Qoddos, 86 (İran)
Diyeqo KostaRodriqo, 89 (İspaniya)


Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)
"Kazan Arena", Kazan

1. Portuqaliya                                             2 4
2. İspaniya 2 4
3. İran 2 3
4. Mərakeş  2 0