DÇ-2018: İştirakçı komandaların FİFA reytinqi

FİFA Dünya çempionatı ərəfəsində sonuncu reytinq cədvəlini açıqlayıb. SportLine.az saytı Mundial iştirakçılarının mövqelərini diqqətinizə çatdırır:

1. Almaniya – 1558
2. Braziliya – 1431
3. Belçika – 1298
4. Portuqaliya – 1274
5. Argentina – 1241
6. İsveçrə - 1199
7. Fransa  - 1198
8. Polşa – 1183
10. İspaniya – 1126
11. Peru – 1125
12. Danimarka – 1051
12. İngiltərə - 1051
14. Uruqvay – 1018
15. Meksika – 989
16. Kolumbiya – 986
20. Xorvatiya – 945
21. Tunis – 910
22. İslandiya – 908
23. Kosta Rika – 884
24. İsveç – 880
27. Seneqal – 838
34. Serbiya – 751
36. Avstraliya – 718
37. İran – 708
41. Mərakeş – 686
45. Misir – 649
48. Nigeriya – 618
55. Panama – 571
57. Cənubi Koreya – 544
61. Yaponiya – 521
67. Səudiyyə Ərəbistanı – 465
70. Rusiya – 457

Reytinq xalları üzrə qrupların vəziyyətinə gəlincə, Braziliya, İsveçrə, Kosta Rika və Serbiyanın qərarlaşdığı “E” qrupu ən yaxşı göstəriciyə malikdir. Rusiya, Səudiyyə Ərəbistanı, Uruqvay və Misirin yer aldığı “A” qrupu isə ən zəif qrupdur.

“E” qrupu - 4265
“C” qrupu - 4092
“F” qrupu - 3971
“G” qrupu - 3830
“B” qrupu - 3794
“D” qrupu - 3712
“H” qrupu - 3528
“A” qrupu – 2589

Xatırladaq ki, Dünya çempionatına iyunun 14-də start veriləcək. Açılış matçında Rusiya və Səudiyyə Ərəbistanı seçmələri münasibətləri aydınlaşdıracaq.