DÇ-2018: Panamanın heyəti açıqlandı

DÇ-2018-də iştirak edəcək Panama millisinin yekun heyəti açıqlanıb. SportLine.az Panama Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqi Ernan Dario Qomes siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi, 5 hücumçu daxil edib:

Qapıçılar: Xose Kalderon ("Çorrilyo”), Hayme Penedo ("Dinamo”, Rumıniya), Aleks Rodriges ("San-Fransisko”, ABŞ)

Müdafiəçilər: Felipe Baloy ("Munisipal”, Qvatemala), Harold Kamminqs ("San-Xose”, ABŞ), Erik Davis ("Dunayska Streda”, Slovakiya), Fidel Eskobar, Mixael Murilyo (hər ikisi "Nyu-York Red Bullz”, ABŞ), Adolfo Maçado ("Hyuston”, ABŞ), Luis Ovalle ("Olimpiya”, Honduras), Roman Torres ("Sietl”, ABŞ)

Yarımmüdafiəçilər: Edqar Barsenas ("Tapaçula”, Meksika), Armando Kuper ("Unversidad de Çili”), Anibal Qodoy ("San-Xose”, ABŞ), Qabriel Qomes ("Bukaramanqa”, Kolumbiya), Valentin Pimentel ("Plasa Amador”), Alberto Kintero ("Universitario”, Peru), Xose Lus Rodriges ("Gent”, Belçika)

Hücumçular: Abdiel Arroyo ("Alahuelense”, Kosta-Rika), İsmael Dias ("Deportivo”, İspaniya), Blas Peres ("Munisipal”, Qvatemala), Luis Texada ("Sport Boyz”, Peru), Qabriel Torres ("Huaçipato”, Çili)

Qeyd edək ki, Panama "G" qrupunda Belçika, İngiltərə və Tunislə mübarizə aparacaq.