DÇ-2018: "Pley-off"un ilk cütlükləri müəyyənləşdi
DÇ-2018-də 3-cü tur start götürüb. SportLine.az xəbər verir ki, artıq "A" və "B" qruplarında 1/8 final mərhələsinə yüksələn komandaların adları dəqiqləşib.
"A" qrupunun lideri - Uruqvay "pley-off"da "B" qrupunun ikincisi - Portuqaliya ilə üz-üzə gələcək. "B" qrupunun qalibi - İspaniya seçməsi isə 1/8 finalda Rusiya ilə münasibətləri aydınlaşdıracaq.
DÇ-2018, 1/8 final
30 iyun
22:00. Uruqvay - Portuqaliya
01 iyul
18:00. İspaniya - Rusiya