Polşa mübarizəni dayandırdı
DÇ-2018-də 2-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə turun son oyunları keçiriləcək.
"H" qrupunda Polşa Kolumbiya ilə münasibətləri aydınlaşdıracaq. İlk oyunda məğlubiyyətlə barışan hər iki komandanın dueli gərgin mübarizə vəd edir.
Kazanda təşkil olunacaq matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.
24 iyun 2018
DÇ-2018, "H" qrupu, 2-ci tur
Polşa - Kolumbiya - 0:3
QOLLAR: Yerri Mina, 40 (0:1); Radamel Falkao, 70 (0:2); Xuan Kuadrado, 75 (0:3)
Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)
"Kazan Arena", Kazan
1. | Yaponiya | 2 | 4 |
2. | Seneqal | 2 | 4 |
3. | Kolumbiya | 2 | 3 |
4. | Polşa | 2 | 0 |