Portuqaliyadan çətin qələbə

DÇ-2018-də 2-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə "B" qrupunda da tura yekun vurulacaq.

Meydana əvvəlcə Portuqaliya və Mərakeş seçmələri çıxacaq. İlk oyunda İrana məğlub olan Şimali Afrika təmsilçisi güclü rəqiblə görüşdə möcüzəyə ümid edəcək. Pireneylilər isə zirvə uğrunda mübarizədə 3 xala ehtiyac duyurlar.

Moskvada təşkil olunacaq görüşün start fiti Bakı vaxtı ilə saat 16:00-da səslənəcək.

Matçı ABŞ-dan Mark Qeyger idarə edəcək.


20 iyun 2018
DÇ-2018
"B" qrupu, 2-ci tur

Portuqaliya - Mərakeş - 1:0
QOL:
Kriştianu Ronaldu, 4 (1:0)

CƏZALANDIRMALAR:
SARI VƏRƏQƏ | Mehdi Benatia,
40 (Mərakeş)
SARI VƏRƏQƏ | Adrien Silva, 90+2 (Portuqaliya)

ƏVƏZETMƏLƏR:
Bernardu Silva 
Qelson Martins, 59 (Portuqaliya)
Xalid Butaib  Əyus Əl Kaabi, 69 (Mərakeş)
Joao Mario ↔ Bruna Fernandeş, 70 (Portuqaliya)
Yunes Belhanda ↔ Mehdi Karsela-Qonzalez, 75 (Mərakeş)
Kərim Əl Əhmədi ↔ Fayçal Fəjr, 86 (Mərakeş)
Joao Moutinyo ↔ Adrien Silva, 89 (Portuqaliya)

Hakim: Mark Qeyger (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Sergey Karasyov, Anton Averyanov (hər ikisi Rusiya)
"Lujniki" Stadionu, Moskva

1. Portuqaliya 2 4
2. İran 1 3
3. İspaniya                         1 1
4. Mərakeş  2 0