DÇ-2018: Rusiya - Səudiyyə Ərəbistanı görüşünün hakimləri açıqlandı

DÇ-2018-in ilk hakim təyinatları açıqlanıb.

SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasında keçiriləcək açılış matçı Argentinadan olan Nestor Pitanaya həvalə olunub. 

14 iyun 2018
DÇ-2018
"A" qrupu, 1-ci tur

19:00. Rusiya - Səudiyyə Ərəbistanı
Baş hakim: Nestor Pitana
Yan xətt hakimləri: Xuan Pablo Bellati, Ernan Maydana (hamısı Argentina)
Dördüncü hakim: Sandro Riççi (Braziliya)
VAR hakimi: Massimiliano İrrati (İtaliya)