Serbiyaya son dəqiqə zərbəsi
DÇ-2018-də 2-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, yarış növbəti günündə futbolsevərlərin diqqəti "D" və "E" qruplarındakı mübarizələrə yönələcək.
"E" qrupunda Serbiya və İsveçrə üz-üzə gələcək. İlk oyunda Kosta-Rikanı xalsız qoyan serblər növbəti qələbə ilə "pley-off" vəsiqəsini təmin edəcəklər. İsveçrə millisi isə Braziliya ilə görüşdə əldə olunan uğurun təsadüfi olmadığını sübut etməlidir.
Kalininqradda təşkil olunacaq matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.
Görüşü Almaniyadan Feliks Brix idarə edəcək.
22 iyun 2018
DÇ-2018
"E" qrupu, 2-ci tur
Serbiya - İsveçrə - 1:2
QOLLAR: Aleksandr Mitroviç, 5 (1:0); Qranit Caka, 52 (1:1); Xerdan Şakiri, 90+1 (1:2)
Hakimlər: Feliks Brix, Mark Borş, Stefan Lupp (hamısı Almaniya), Navaf Şukralla (Bəhreyn)
Kalininqrad Stadionu, Kalininqrad
1. | Braziliya | 2 | 4 |
2. | İsveçrə | 2 | 4 |
3. | Serbiya | 2 | 3 |
4. | Kosta-Rika | 2 | 0 |