İngiltərə Tunisi son anda üstələdi

DÇ-2018-də ilk tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə "F" və "G" qrupunun komandaları mübarizə aparacaq.

Mundialın favoritlərindən İngiltərə millisi ilk görüşünü Tunis seçməsinə qarşı keçirəcək.

Volqoqradda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Qarşılaşmanı Kolumbiyadan Vilmar Roldan idarə edəcək.


18 iyun 2018
DÇ-2018
"G" qrupu, 1-ci tur

Tunis - İngiltərə 1-2
QOL: 
Keyn, 11 (0:1),  Sassi, 35-pen (1:1), Keyn, 90+1 (2:1)

Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika), Kori Rokuel (ABŞ)  

"Volqoqrad Arena", Volqoqrad