Xorvatiya Mundiala qələbə ilə başladı
DÇ-2018-də ilk tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə "C" və "D" qrupunun komandaları mübarizəyə qoşulacaq.
Maraqlı mübarizələrdən biri Xorvatiya və Nigeriya milliləri arasında yaşanacaq.
Kalininqradda təşkil olunacaq matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Qarşılaşmanı Braziliyadan Sandro Riççi idarə edəcək.
16 iyun 2018
DÇ-2018
"D" qrupu, 1-ci tur
Xorvatiya - Nigeriya - 2:0
QOLLAR: Etebo, 32/a.q. (1:0); Luka Modriç, 71/p. (2:0)
CƏZALANDIRMALAR:
SARI VƏRƏQƏ | İvan Rakitiç, 30 (Xorvatiya)
SARI VƏRƏQƏ | Villiam Ekonq, 70 (Nigeriya)
ƏVƏZETMƏLƏR:
Andrey Kramariç ↔ Marselo Brozoviç, 60 (Xorvatiya)
Aleks Ayvobi ↔ Ahmed Musa, 62 (Nigeriya)
Odion İqalo ↔ Keleçi İheanaço, 73 (Nigeriya)
Ante Rebiç ↔ Mateo Kovaçiç, 78 (Xorvatiya)
Mario Mandzukiç ↔ Marko Pyaça, 86 (Xorvatiya)
Con Obi Mikel ↔ Simi, 88 (Nigeriya)
Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Antonio Maryö Lahoz, Pau Sebrian Devis (hər ikisi İspaniya)
Kalininqrad, "Kalininqrad" stadionu