DÇ-2018: Yaponiya millisinin "23-lüy"ü müəyyənləşdi
DÇ-2018-də iştirak edəcək Yaponiya millisinin yekun heyəti açıqlanıb. SportLine.az Yaponiya Futbol Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, baş məşqçi Akira Nişino 23 nəfərlik heyətə bu futbolçuların adlarını daxil edib:
Qapıçılar: Eyi Kavasima ("Mets"), Masaaki Xiqasiquti ("Qamba Osaka"), Kosuke Nakamura ("Kasiva")
Müdafiəçilər: Yuto Naqatomo ("Qalatasaray"), Tomoaki Makino, Vataru Endo (hər ikisi "Urava"), Maya Yosida ("Sauthempton"), Qotoku Sakai ("Hamburq"), Xiroki Sakai ("Marsel"), Naomisi Ueda, Qen Şoji (hər ikisi "Kasima")
Yarımmüdafiəçilər: Makoto Xasebe ("Ayntraxt"), Keysuke Honda ("Paçuka"), Takasi İnui ("Eybar"), Sindzi Kaqava ("Borussiya" Dortmund), Xotaru Yamaquçi ("Serezo Osaka"), Qenko Xaraquçi, Usami Takasi (hər ikisi "Fortuna"), Qaku Sibasaki ("Hetafe"), Riota Osima ("Kavasaki")
Hücumçular: Sindzi Okadzaki ("Lester"), Yuyya Osako ("Verder"), Yosinori Muto ("Maynts")
Qeyd edək ki, Yaponiya "H" qrupunda Polşa, Kolumbiya və Seneqalla eyni qrupda mübarizə aparacaq.