DÇ-2018: Yarımfinalın ilk cütlüyü müəyyənləşdi
DÇ-2018-in yarımfinal mərhələsinin ilk cütlüyü müəyyənləşib. SportLine.az xəbər verir ki, finala vəsiqə uğrunda Uruqvayı mübarizədən kənarlaşdıran Fransa ilə Braziliya səddini aşan Belçika üz-üzə gələcək.
Qarşılaşma iyulun 10-u, Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Oyun Sankt-Peterburqun "Krestovski" Arenasında təşkil olunacaq.