DÇ-2022-də danışılmış oyunlar məsələsi
FİFA 2022-ci il Dünya Çempionatında danışılmış oyunlara görə monitorinq işini başa çatdırıb.
Sportline.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Auditin nəticələrinə görə, FİFA Qətərdə keçirilən turnirin heç bir matçının müqavilə xarakterli olmadığını bəyan edib. İcmal çərçivəsində qanuni mərc bazarları üzrə monitorinq hesabatları təhlil edilib, şübhəli davranışlara görə yarışların keçirildiyi yerlərdə monitorinq aparılıb.
Qeyd edək ki, 2022-ci il dünya çempionatının finalında Argentina millisi Fransanı penaltilər seriyasında məğlub edərək üçqat dünya çempionu olub.