DÇ-2026-nın ev sahibi müəyyənləşdi

FİFA 2026-cı ildə keçiriləcək Dünya çempionatına ev sahibliyi edəcək ölkələrin adını açıqlayıb. SportLine.az xəbər verir ki, Moskvada keçirilən 68-ci konqresdə İcraiyyə Komitəsinin nümayəndələri ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığına səs veriblər. 

Beləliklə, Mundial 2026-cı ildə ilk dəfə olara üç ölkədə keçiriləcək. 

Konqresdə AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 ölkə 16 qrupda mübarizə aparacaq.