Dadaşov dubl etdi, komandası 1/4 finala yüksəldi
Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu "Dinamo" Berlin Kubokunun 1/8 final mərhələsində "Türkiyemspor"la qarşılaşıb.
SportLine.az xəbər verir ki, matç "Dinamo"nun qələbəsi ilə yekunlaşıb - 2:1. Hər iki qolu R.Dadaşov vurub.
Bununla da, "Dinamo" 1/4 finala adlayıb.
Qeyd edək ki, Rüfət Dadaşov hazırda IV Bundesliqada 20 qolla bombardirlər yarışına başçılıq edir.