De Liqtdən rekord

Niderland seçməsinin müdafiəçisi Matteys de Liqt Avro-2020-nin seçmə mərhələsində Şimali İrlandiya ilə oyunda yeni rekorda imza atıb.

Sportline.az xəbər verir ki, 20 yaşlı futbolçu millidə 20-ci oyununa çıxıb.  O, Niderland tarixində bu saya çatan ən gənc oyunçu olub.

Qeyd edək ki, De Liqt 2017-ci ildən "narıncılar"a dəvət alır.