De Xea komandası ilə razılaşdı

"Mançester Yunayted" qapıçısı David De Xea ilə yeni müqavilə imzalamaq barədə razılığa  gəlib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı qolkiperlə müqavilənin müddəti 2025-ci ilin iyununa qədər uzadılacaq. O, yeni müqavilə ilə ilinə 21 milyon avro qazanacaq.

Xəbərdə De Xeanın yeni mövsümdən komandanın əsas kapitanı olmaq istədiyi də vurğulanıb.

Qeyd edək ki, ispan qolkiperin İngiltərə təmsilçisi ilə hazırkı müqaviləsi 2020-ci ilin iyununda başa çatır.