De Xea "Mançester Yunayted"dən yeni müqavilə tələb edir

"Mançester Yunayted"in qapıçısı David De Xea rəhbərlikdən yeni müqavilə tələb edib. SportLine.az "Yahoo News"a istinadən xəbər verir ki, ispaniyalı qapıçı maaşının və bonusların artırılmasını istəyir.

Cari mövsümün sonunda "Real"a keçəcəyi deyilən 27 yaşlı futbolçunun şərtlərin qəbul ediləcəyi təqdirdə Mançesterdə qalmaq niyyətində olduğu bildirilib. 

Qeyd edək ki, De Xeanın hazırkı müqaviləsinin müddəti 2019-cu ilin yayında bitəcək.