Debutant üçün təcrübəli rəqib

Azərbaycanın digər komandası “Səbail” də UEFA Avropa Liqasında mübarizə aparacaq.

Sportline.az xəbər verir ki, debutantın rəqibi Rumıniyanın “Krayova” klubudur. Rəqib komanda 1948-ci ildə təsis edilib. Ləqəbi “tələbələr”dir. Baş məşqçisi Korneliu Papuredir. Yerli mütəxəssis 2013-cu ildən komandanı çalışdırır. Rəqibimiz Avrokuboklarda 62 oyun keçirib. Bunlardan 27-də qalib gələn Rumıniya kollektivi, 25 dəfə azarkeşlərini məyus edib. Qalan oyunlar isə heç-heçə nəticələnib.

Qeyd edək ki, UEFA Avropa Liqaının I təsnifat mərhələsinin görüşləri iyulun 11-də və 18-də keçiriləcək.