Deda "Qarabağ"dan gedişinin səbəbini açıqlayıb
Mövsümün sonunda “Qarabağ”ın U-19 komandasından ayrılan Yaroslav Deda gedişinin səbəbini açıqlayıb.
Sportline.az xəbər verir ki, ukraynalı hücumçu Qol.az-a açıqlamasında, Ağdam klubunda qalmağı özü istəmədiyini bildirib:
“Artıq “Qarabağ”dan ayrılmışam. Bu komandada öz gələcəyimi görmədiyim üçün belə bir addım atdım. Onlar məni göndərmədilər, özüm getdim. Mənə “getmə, qal dedilər, demədilər”, bu haqda nəsə danışmaq istəmirəm. Artıq hər şey keçmişdə qaldı. Hər hansı şərhə ehtiyac duymuram”.
Qeyd edək ki, Deda ötən mövsümün əvvəlində komandaya cəlb olunmuşdu. “Qarabağ”ın UEFA Gənclər Liqasında bütün qollarını məhz Deda vurmuşdu.