Delarjdan "Qarabağ"la bağlı açıqlama
"Qarabağ”ın əvəzedici heyətinə göndərilən Con Delarj məsələ ilə bağlı açıqlama verib.
Sportline.az xəbər verir ki, "Futbolinfo.az”-a danışan yarımmüdafiəçi özünü günahlandırıb.
Yaxşı, yüksək səviyyədə oyun göstərmədiyinə görə ikinci komandaya göndərildiyini bildirən Con əlavə edib: "Məni ikinci komandaya göndərdilər. Səbəb isə budur ki, mən yaxşı deyiləm və yüksək səviyyədə oyun göstərmirəm”.
Delarj "Qarabağ” tərəfi səninlə müqaviləni ləğv etmək istədiyi üçün bu addımı atmış ola bilərmi” sualına belə cavab verib: "Bunu bildiyiniz halda mənə niyə sual verirsiz?”
28 yaşlı yarımmüdafiəçi hələ təklif almadığını, əgər olarsa, dərhal gedəcəyini bildirib: "Hazırda ikinci komandadayam və təklifim yoxdu. Əgər təklifim olsa, mütləq gedəcəm. Olmasa, müqaviləmə hörmət edərək "Qarabağ”da qalacam”.
Qeyd edək ki, Con Delarj baş məşqçi Qurban Qurbanov tərəfindən ikinci komandaya göndərilib.