"Deməli, milli yalnız Kamrandan asılıdır" - Tərlan Əhmədov

"Əsasən ikinci hissədə qarşılıqlı hücumlarda gedən matç izlədik. Heyətdə bəzi dəyişiklər etdik. Zədəli futbolçularımız vardı. İki səhvdən qol buraxdıq. Böyük hesabla da uduza bilədik. Çünki əks-hücumlarda yüzfaizli qollar buraxmağa yaxın idi. Məni narajat edən həm çox top buraxmağımız. həm də az qol vurmağımızdı. Müdafiədə böyük səhvlərimiz oldu. Kamran Ağayevin və bəzi futbolçuların yoxluğunu təsiirni göstərdi. Hücumda say üstünülüyünü artırdıq. Ancaq aqressiv oynaya bilmədik. Qarşıdakı ağır oyunlara daha yaxşı hazırlşamağa çalışacağıq".

SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Kamranla bağlı xoşagəlməz söhbətlər yayılıb. Onun zədəsi ciddidir?

- Bilmirəm mətbuatda nə yazırlar. Oxumuram, mənə deyirlər. Yazılanlardan belə çıxır ki, Kamran millini pis vəziyyətdə qoyub, bilərəkdən getməyib. Deməli, milli yalnız Kamrandan asılıdır. O, oynamayanda uduzmur? Kamranda böyük zədə - ödəm, qan yığılması var. Heç vaxt MRT onu göstərmir. Bu gün Kamranın yoxluğunun asıcısı yaşadıq. Kim bu söhbəti ortaya atırsa, gərək utansın. Millimiz tək Kamrandan asılıdırsa, böyük-böyük danışmağa haqqımız yoxdu. Bundan əvvəl Səlahət haqda çox danışırdılar ki, yaxşı səviyyədədi. Səlahət 4 qol buraxır, Kamran günahlandırılır. Bəlkə "Qarabağ"la oyunadək də hazır olamdı Ağayev. İstəyirik ki, heç olmasa ona hazır olsun. Ancaq 99 faiz oynamayacaq. Belə şayiələri yayanlar utansın. 

- Uzün müddət millinin kapitanı olmusunuz. Milli haqda "torba" söhbətlərinə münasibətiniz necədi?

- Üzr istəyirəm bu ifadəmə görə, "torba" sözünü işlədənlər deməli, zamanında özü bununla məşğul olub, indi onu işlədir. Satmaq necə olur? Heç vaxt  bunu etməmişəm.. Onu işlədənlərdən soruşmaq lazımdı ki, sübuta yetirsin. Onun keçmişini araşdırmaq lazımdı. Sübut olmadan ittham etmək olmaz. İnanmıram ki, millidə belə şeylər olsun. Bizim dövrdə nə pul vardı, nə də şərait. Sadəcə, vətənpərvər olmuşduq. Bizdən tələb olunurdu ki, sadəcə, milli yaşasın. Bunu yüz faiz bilirlərsə, sübut etmək lazımdı. 

- Qış fasiləsində heyətdə cüzi, yoxsa ciddi dəyişiklər ehtiyac var?

- Son 4-5 ildə limit qoyulub ki, il ərzində 30 futbolçu əsas komandada olsun, 30-u da əvəzeidicilərdə. Bəli, cüzi dəyişikliklər olacaq. Komanda güclənəcək, bunun üzərində işləyirik. Həm yerli, həm də əcnəbi axtarışındayıq. 

- Lazım gəlsə, klub olaraq Kamranın zədəsiylə bağlı həkim sənədini təqdim edə bilərsiniz? Ağayev bu gün 90 dəqiqə ayaqüstə oyunu izlədi...

- Heç bir problem yoxdu, həmişə hazırıq. Zədədən zədəyə fərq var. Azər Salahının ayağı gipsdədi, qoymuram əsayla bazaya gəlsin. Kamranda isə ödəm əzələni qıra bilər. Bilmirəm, o, bu gün kənarda tullanırdı, qaçırdı. Ancaq fikir versəniz, normal yeriyə bilmir. O qədər düşüncəsizik ki, zədəsi olmaya-olmaya Kamranı ehtiyada saxlayaq? Deyərdik ki, oranı aldatmısansa, bizi aldatmaq çətindi. Peşəkar futbolçudu, klubdan maaş alır. Davud Kərimi neçə vaxtdı oynamır, atası da bir neçə gün öncə rəhmətə gedib. Onun problemi daha ağırdı, nəinki Kamranın. O sözü deyən millinin həkiminin (Vyaçeslav Xomenko-müəllif.) özün məhşər ayağına çəkmək lazımdı. Bir gün əvvəl ayağında ağrı var, o deyib ki qorxulu bir şey yoxdu, oynaya bilirsən.

- Davudun debütü necə qiymətləndirirsiniz?

- Hamını normal qiymətləndirirəm. Valideynin dünyasını dəyişməsi böyük itkidi, acıdı, buna şərikik. Təkcə Davud yox, bu gün bütün komanda uduzub. Futbolçu qıtlığımız var. Müdafiədəki səhvlərimizi, boşluqları görürəm. Uduzmusuqsa, heç kimi tərifləyə bilmərəm. Kçəən tur udanda da razı deyildim, çünki səhvlərimiz vardı. 

- Əvəzetmələriniz özünü doğrultdumu? 

- Həmişə afrikalıarla bağlı problem yaşayırıq. Sohnayla Diallo millidən 3-4 gün sonra qayıdıblar. Diallonun ayağında ağırıları vardı. Daha sürətli komanda istəyirəm. Ancaq əlimdə olan "material" budu. Hamıya şans verirəm. Kənardan futbolçuların oyunu daha yaxşı görünür. Hər bir futbolçu şansını dəyərləndirməlidi.

- Hansı mövqelərə  transfer olunacaq?

- Bütün mövqelər məni narahat edir. Orta xəttə daha çox futbolçu lazımdı.