Denis Çerışev "Valensiya"da

“Vilyareal”ın futbolçusu Denis Çerışev “Valensiya”ya keçib.

Sportline.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Madrid “Real”ının yetirməsi olan Rusiya millisinin üzvü son mövsümü icarə əsasında “Valensiya”da keçirib. O, “yarasalar”ın heyətində 41 oyuna 4 qol vurub, 5 məhusuldar ötürmə edib.