"Dənizlispor" "Qəbələ"nin futbolçusu ilə maraqlanır
"Dənizlispor" "Qəbələ"nin toqolu yarımmüdafiəçisi Lalavele Atakora ilə maraqlanır.
Sportline.az xəbər verir ki, Türkiyə birinci liqa təmsilçisinin 29 yaşlı oyunçu ilə artıq danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, Lalavele Atakora 2013/2014 mövsümündə "Balıkesirspor"da, 2017/2018 mövsümündə "Adana Dəmirspor"da oynayıb. O, 2018-ci il iyulunda "Qəbələ" ilə 1+1 illik müqavilə imzalayıb.