Denni Velbek "Votford"a keçdi

"Arsenal"dan ayrılan Denni Velbekin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 28 yaşlı hücumçu karyerasını "Votford"da davam etdirəcək.  Bu barədə klubun saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, D. Velbek 2014-cü ildən bu ilin mayına kimi "Arsenal"da oynayıb. Onun  London klubu ilə müqaviləsinin müddəti ötən mövsümün sonu başa çatıb.