Derbini "Beşiktaş" qazandı

Türkiyə Super Liqasında 23-cü tur İstanbul derbisi ilə yadda qalıb. SportLine.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan iki komanda - "Beşiktaş" və "Fənərbağça" münasibətləri birincilərin meydanında aydınlaşdırıb.

Qarşılaşma "qara qartal"ın qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə "Beşiktaş" xalını 44-ə çatdırıb və 3-cü pilləyə yüksəlib.

25 fevral 2018
Super Liqa
23-cü tur

"Beşiktaş" - "Fənərbağça" - 3:1
QOLLAR:
Fernandao, 8 (0:1); Domaqoy Vida, 49 (1:1); Kuareşma, 77 (2:1); Kuareşma, 90+4 (3:1)