"Dinamo" Qəbələyə bu futbolçularla gələcək

Gürcüstanın "Dinamo" klubu Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportline.az xəbər verir ki, Tiflis təmsilçisi 24 futbolçu sifariş verib:

Qapıçılar: 1. Xose Perales Nayera, 12. Sergey Litovçenko , 25. Luka Kutaladze;

Müdafiəçilər: 2. Qudza Ruxaya, 3. Viktor Monxil , 4. Abdel Mediub, 16. Georgi Kimadze, 24. Nodari İaşvili, 29. Oleksandr Kapilenko;

Yarımmüdafiəçilər: 6. Bakar Kardava, 7. Georgi Zarya, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya, 11. Akaki Şulaya, 14. Arfanq Daffe, 15. Georgi Papava, 23. İrakli Azarov, 32. Nika Ninua, 35. Mixail Şişka, 36. Mate Kvirkvia, 38. Nodar Kavtaradze;

Hücumçular: 9. Kvame Karikari, 19. Levani Kutalia;

Baş məşqçi: Felikx Visente Miranda.

Sergey Litovçenko "Kəpəz"in, Kvame Karikari isə "Neftçi"nin keçmiş futbolçusudur.

Qeyd edək ki, "Qəbələ" - "Dinamo" iyulun 25-də yerli vaxtla saat 19:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü isə bir həftə sonra Tiflisdə olacaq.