"Dinamo" Şeydayevlə vidalaşmağa yaxındır

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev qışda "Dinamo"nu tərk edə bilər.

Sportline.az "Championat"a istinadən xəbər verir ki, Moskva klubu 22 yaşlı forvardın xidmətində artıq maraqlı deyil.

Xəbərdə qeyd edilib ki, Ramilin paytaxt klubu ilə müqaviləsində olan bəndə əsasən, tərəflər bir-birilə yollarını ayırsa, təzminat ödənilməyəcək.

Ramil bu mövsüm "Dinamo"da 7 oyuna 1 məhsuldar ötürmə edib.