"Dinamo"nun baş məşqçisi istefaya göndərildi

Ukraynanın "Dinamo" (Kiyev) klubu baş məşqçisi Aleksandr Xatskeviçlə yollarını ayırıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də göndərilib.

"Dinamo" Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən (0:1, 3:3) Belçikanın "Brügge" klubuna uduzaraq mübarizəni dayandırıb. Bu səbəbdən Xatskeviç və digər məqşçilər vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Xatskeviç 2017-ci ilin yayından paytaxt klubunu çalışdırırdı.