"Dinamo"nun yeni baş məşqçisi müəyyənləşdi

Kiyev “Dinamo”sunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, baş məşqçi vəzifəsinə komandanın idman direktoru Aleksey Mixayliçenkonun gətirilməsi üçün razılıq əldə edilib. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Xatırladaq ki, A. Mixailiçenko 2002-2004-cü illərdə də Kiyev “Dinamo”sunun baş məşqçisi olub. Komandanın əvvəlki çalışdırıcısı Aleksandr Xatskeviç dünən vəzifəsindən uzaqlaşdırılıb.