"Dinamo"ya Şeydayev də kömək edə bilmədi

Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su səfərdə "Orenburq"a 0:2 hesabı ilə uduzub.

Şeydayev 81-ci dəqiqədə komandası 0:1 hesabı ilə geridə olarkən meydana daxil olub. 

Qeyd edək ki, "Dinamo" 10 xalla tunir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.