Diniyevlə Meza Kollini cəzası müəyyənləşdi

AFFA İntizam Komitəsi "Qarabağ”ın futbolçusu Coşqun Diniyevlə "Keşlə”nin oyunçusu Sezar Meza Kollini 3 oyunluq cəzalandırıb.

SportLine.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb onların Azərbaycan Premyer Liqasının XXI turunun  "Qarabağ” – "Keşlə” matçının 60-cı dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmalarıdır. 

Futbolçulara verilmiş 3 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində  yenidən cəzalanacaqları təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir. Həmçini  klublar 2400 manat cərimələnib.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.