"Diqqətli olmalıydıq” - Rəşad Sadıqov
“Komandanın oyunundan razı qaldım. Topa nəzarət etməyə çalışdıq, amma hücumda istədiyimizi edə bilmədik". SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra komandamızın baş məşqçisi Rəşad Sadıqov deyib.
Mütəxəssis 0:1 hesablı məğlubiyyətlə yekunlaşan görüşü belə dəyərləndirib: "Oyunun 60-cı dəqiqəsindən sonra meydanda açıq futbol izlədik. Futbolçumuz zədələndiyi və azlıqda qaldığımız zaman diqqətli olmalıydıq. Təəssüf ki, həmin anda qol buraxdıq. Meydanda taktiki mübarizənin getdiyini qeyd edə bilərəm. Bu gün 5 müdafiəçi ilə oynamağımız rəqibə uyğun seçim idi. Ancaq bir neçə taktiki sxem üzərində məşqlər edirik”.