Dmitri Nazarov: "Biz çox güclüyük"

Millimizin yarımmüdafiəçisi Dmitri Nazarov üzvü olduğu Almaniyanın ikinci bundesliqa təmsilçisi “Ertsqebirqe Aue” komandasının hazırkı durumu barədə danışıb.

Sportline.az “Kicker” nəşrinə istinadən xəbər verir ki, yeni mövsümün ilk iki matçında qol vuran futbolçu deyib ki, “Aue”nin əsas silahı hücum xəttidir.

“Biz üç hücumçuyla oynayırıq. Çox güclüyük. Hər bir futbolçumuz hücum edə və qol vura bilər. Hücum xətti isə hazırda ən güclü silahımızdır” – deyə o bildirib.