Dmitri Nazarov liderə qarşı

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge" Almaniya ikinci Bundesliqasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, Aue təmsilçisi 4-cü turda "Ştutqart"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb. D. Nazarov start heyətdə meydana daxil olub və 63-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki,  "Erzgebirge" hazırda 6 xalla 5-ci, "Ştutqart" 8 xalla 1-cidir.