Dmitri Nazarov yol ayrıcında

Milli komandamızın futbolçusu Dmitri Nazarov, Almaniya II Bundesliqa çıxış edən "Aue" klubundan ayrılmaq üzrədir.

 29 yaşlı yarımmüdafiəçinin Almaniyanın aşağı liqa klublarından birinə keçmək niyyətində olduğu bildirilir. Bu günlərdə, onun həmçinin Qazaxıstan çempionatında oynamaq perspektivinin də olduğu haqda xəbərlər yayılıb. Daha dəqiq desək, Nazarovun "Kayrat" klubunun maraq dairəsində olduğu bildirilir.

Qeyd edək ki, "Kayzerslautern"in yetirməsi olan Dmitri Nazarov Almaniyanın "Ayntraxt", "Proyssen" və "Karlsrue" klublarının formasını geyinib.

Milli komandamızın futbolçusu Dmitri Nazarov, Almaniya II Bundesliqa çıxış edən "Aue" klubundan ayrılmaq üzrədir.

Sportline.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin Almaniyanın aşağı liqa klublarından birinə keçmək niyyətində olduğu bildirilir. Bu günlərdə, onun həmçinin Qazaxıstan çempionatında oynamaq perspektivinin də olduğu haqda xəbərlər yayılıb. Daha dəqiq desək, Nazarovun "Kayrat" klubunun maraq dairəsində olduğu bildirilir.

Qeyd edək ki, "Kayzerslautern"in yetirməsi olan Dmitri Nazarov Almaniyanın "Ayntraxt", "Proyssen" və "Karlsrue" klublarının formasını geyinib.