Donald Gerye "Neftçi" ilə müqavilə imzaladı
"Neftçi” daha bir transferini rəsmiləşdirib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu Donald Gerye ilə 1+1 il müddətinə müqavilə bağlanıb. 30 yaşlı yarımmüdafiəçi "Neftçi"nin heyətində 77 nömrəli formanı geyinəcək.
Sonuncu klubu "Qarabağ” (2017-2019) olan Gerye Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018, 2019) olan futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.