Donald Gerye "Qarabağ"la vidalaşdı

“Qarabağ”ın müdafiəçisi Donald Gerye “Qarabağ”dan ayrılıb.

Sportline.az xəbər verir ki, bu barədə haitili futbolçu rəsmi sosial şəbəkə hesabında məlumat verib: “Burada olmaq xoş idi. Hər şey üçün təşəkkürlər” yazan 30 yaşlı futbolçu Ağdam təmsilçisi ilə vidalaşıb.

Qeyd edək ki, 2017-ci ildən “Qarabağ”da çıxış edən Geryenin klubla müqaviləsi bu mövsümün sonunda başa çatmışdı. Klub rəhbərliyi müdafiəçiyə yeni sözləşmə təklif etsə, o, daha artıq pul istədiyindən tərəflər razılığa gələ bilməyib.