Donçiç "Leykers"lə yeni müqavilə imzalayacaq

“Los Anceles Leykers” Luka Donçiçlə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportline.az xəbər verir ki, 4 illik sözləşmənin dəyəri 349 milyon avrodur.

Bu, NBA tarixindəki ən böyük müqavilələrdən biri olacaq. Donçiç fevral ayında “Dallas Maveriks”dən “Leykers”ə transfer olmuşdu.

Donçiçin uzun illər Los Anceles təmsilçisində oynayacağı gözlənilir.

26 yaşlı ulduz "Leykers"də orta hesabla 28 xal, 8 ribaund və 7,5 məhsuldar ötürmə edib.

“Leykers”in Donçiçlə yeni müqaviləsi komandanın gələcəyi üçün əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

Donçiç Lebron Ceymsdən sonra klubun növbəti ulduzu hesab olunur.