Droqba Mbappenin arzusunu 10 il sonra reallaşdırdı

Fil Dişi Sahili millisinin sabiq futbolçusu Didye Droqba "Qızıl top" mükafatının təqdim ediləmə mərasimində maraqlı açıqlama verib.

Sportline.az xəbər verir ki, o, 10 il əvvəl PSJ-nin fransalı hücumçusu Kilian Mbappenin şəkil çəkdirmək istəyini qəbul etmədiyini bildirib: "10 il əvvəl oyundan sonra bir uşaq yaxınlaşıb mənimlə şəkil çəkdirmək istədi. Həmin gün hesabın təsirindən bu istəyi qəbul etməmişdim. Öyrəndim ki, həmin uşaq Kylian Mbappe imiş. Ona olan borcumu indi ödəyirəm".