Droqbanın "Çelsi"nin təklifindən imtina etmə səbəbi məlum oldu

"Çelsi"nin sabiq hücumçusu Didye Droqba Fildişi Sahili Futbol Federasiyasının prezidenti olması üçün namizədliyini irəli sürüb.

Sportline.az "The Sun"a istinadən xəbər verir ki, 41 yaşlı veteran hücumçu paytaxt Abicanda mətbuat konfransı keçirib. O, baş məşqçi olmaq fikrində olmadığını bildirib:

"Çelsi" mənə baş məşqçi kimi geri dönməyi təklif elədi. Mən bir liderəm və baş məşqidən daha yüksək vəzifədə olmaq bacarığım var. Baş məşqçinin bir komanda üzərində əməyi var. Ancaq mən bütün ölkənin üzərində faydalı olmaq istəyirəm. "Çelsi"də qala bilərdim, amma əsl səbəb istəyimdir. Futbol ölkə çapında liderliyimlə inkişaf etdirə bilərik. Fil Dişi Sahilinin möhtəşəm futbol keçmişi var. Fil Dişidə layihələrimi reallaşdırmaq üçün mənimlə çalışacaq bacarıqlı insanlar var". 

Fil Dişi Sahilinin sabiq kapitanı olmuş veteran hücumçu bir neçə ay sonra baş tutacaq seçkidə indiki prezidenti Auqustin Sidi Diallonu devirmək istəyir.