"Düdelanj"ın futbolçusu: "Məğlubiyyət sürpriz olmadı"

“Düdelanj”ın futbolçusu Tibu Leskoy Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”la keçirilən (1:4) oyundan sonra açıqlama verib.

Sportline.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Ağdam təmsilçisinin oyuna tam nəzarət etdiyini etiraf edib:

“Erkən qollar buraxdıq. Etdiyimiz səhvlər bu qolların buraxılmasına gətirib çıxardı. Yalnız topun arxasınca qaçmalı olurduq. “Qarabağ” bizi yormağı bacardı. Matçda fasilə yaransa da, bunun bizə kömək etməyəcəyini bilirdik. Məğlubiyyət sürpriz olmadı. Gözlədiyimiz kimi “Qarabağ” güclü oynadı və oyuna tam nəzarət edə bildi.”