"Düdelanj"ın futbolçusu: "Qarabağ" da güclü rəqibdir, amma..."

Lüksemburqun “Düdelanj” klubunun futbolçusu Mikael Qaros “Qarabağ”a bu gün keçiriləcək AVropa Liqasının qrup mərhələsinin II tur matçı ərəfəsində fikirlərini açıqlayıb:

Sportline.az xəbər verir ki, fransalı yarımmüdafiəçi itiriləsi heç nələrinin olmadığını deyib:

“Rəqib barədə bilgim məhduddur. “Qarabağ”la oyunda ehtiyatlı olmalı, arxayınlaşmamalıyıq. Bu, Avropa Liqasının qrup mərhələsidir. “Qarabağ” da çox güclü rəqibdir, amma bizim itiriləsi heç nəyimiz yoxdur. Rəqiblərə yuxarıdan aşağı da baxmırıq. Balanslaşmış komandamız var”.

Lüksemburqda “Jozi Bartel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.