"Dünya çempionatı həmişə təəccübləndirir" - Canni İnfantino

Dünya çempionatının startına bir neçə gün qalır. SportLine.az xəbər verir ki, Mundial ərəfəsində FİFA prezidenti Canni İnfantino təəssüratlarını qurumun rəsmi saytı ilə bölüşüb.

"Topaz ilk zərbənin vurulacağı anı səbrsizliklə gözləyirəm", - deyən C.İnfantino, "Dünya çempionatı ən böyük, ən maraqlı yarışdır. Bu yarış həmişə sürprizlərlə yadda qalır və təəccübləndirir: özlənilməz komandalar diqqət çəkir, yeni futbolçuların ulduzları parlayır, böyük komandalar büdrəyir... Xüsusilə, ilk dəfə Mundialda çıxış edəcək komandaların çıxışını maraqla gözləyirəm", - deyə bildirib.

FİFA prezidenti Rusiyanın Dünya çempionatına hazır olduğunu söyləyib: "Bu, Rusiya üçün yeni təcrübə olacaq. Dünya çempionatı üçün hər şey hazırdır. Hər kəs bu möhtəşəm yarışdan zövq alacaq".

Qeyd edək ki, Dünya çempionatı 14 iyun tarixində keçiriləcək Rusiya - Səudiyyə Ərəbistanı matçı ilə başlanacaq.