Dünya çempionatında son iki oyun

Rusiyada keçirilən futbol üzrə Dünya çempionatı sona yaxınlaşmaqdadır. SportLine.az xəbər verir ki, yarımfinal mərhələsinin ardından final və üçüncü yer uğrunda oyunun iştirakçıları müəyyənləşib. 

Kubokun sahibini müəyyənləşdirəcək final görüşü Moskvada, "Lujniki" stadionunda təşkil olunacaq. İyulun 15-nə planlaşdırılan matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək. Həlledici oyunda Fransa və Xorvatiya seçmələri münasibətləri aydınlaşdıracaq.

Bu qarşılaşmadan bir gün öncə isə Belçika və İngiltərə milliləri bürünc medalların sahibini müəyyənləşdirəcək. Sankt-Peterburqda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

DÇ-2018

3-cü yer uğrunda oyun
14 iyul 2018

18:00. Belçika - İngiltərə
"Krestovski" Stadionu, Sankt-Peterburq

FİNAL
15 iyul 2018

19:00. Fransa - Xorvatiya
"Lujniki" Stadionu, Moskva