Futbol tarixinin ən yavaş penaltilərindən biri

Avstraliya A Liqasının "Brisben Roar" - "Adelaida Yunayted" (3:5) matçında yaşıl meydanlarda az rast gəlinən qol qeydə alınıb.

Sportline.az xəbər verir ki, meydan sahiblərindən Erik Boteak 61-ci dəqiqədə 11 metrlik nöqtəyə yaxınlaşıb. Penaltini çox yavaş zərbə ilə yerinə yetirən futbolçu bu hərəkətilə gündəmə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.